İdman
26 aprel 2019
64
Mariana Vasileva bədii gimnastika üzrə Dünya Kuboku haqqında: Bizdə hər şey alınacaq
Hər şey yaxşıdır və bizdə hər şey alınacaq.
BEŞ.AZ bildirir ki, bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku zamanı deyib.
M.Vasileva bildirib: "Ötən həftə ardıcıl iki ildir keçirdiyimiz beynəlxalq turnir başa çatdı. Bu, 20 ölkənin iştirak etdiyi "Junior Trophy" idi. Bu, böyük göstəricidir. Altı medal qazanmağımız çox sevindirdi. Bu onu göstərir ki, gənc nəsil inkişaf edir. Lakin, əlbəttə, məni ən çox sevindirən o oldu ki, qızlarımız qızıl medal əldə etdikdən sonra himni musiqinin müşayiəti olmadan oxumağa davam etdilər və bütün zal bizim himnimizi alqışladı. Gözlərim yaşardı. Heç qazandığımız medallar gördüyüm bu həmrəylik qədər sevindirmədi. Bu sevinci mən bütün tamaşaçıların gözündə gördüm. Azərbaycan qələbə qazandığı üçün bütün azarkeşlər, bütün məşqçilərmiz xoşbəxt idi. Arzu edirəm ki, bu sevinci nəinki gimnastikada, eləcə də digər idman növlərində tez-tez görək".
Baş məşqçi Azərbaycan yığmasının əsas heyətində komandanın lideri Siyana Vasilevanın zədələnməsi səbəbindən edilən dəyişiklikdən də danışıb:
"Xoşagəlməz hadisə oldu. Komandamızın kapitanı Siyana Vasileva bazar günü səhər onurğasından çox ciddi zədə aldı. Buna görə də o, təəssüf ki, Dünya Kuboku yarışında iştirak edə bilməyəcək. Hazırda müalicə alır. Biz onun bərpa olunacağına və yenidən çıxış edə biləcəyinə ümid edirik. Onun əvəzinə başqa qızı hazırlayırıq. Böyük idmanda zədəsiz olmur. Çox təəssüf ki, məhz bu məqamda belə bir zədə aldı. Digər tərəfdən isə biz ikinci heyətə özlərini göstərmək imkanı verdik. Bizim qızlarımız lap gəncdirlər və əlbəttə ki, onlara çətindir. Onlar yarışda çıxış edəcəklərini eşidəndə çox həyəcanlandılar. Lakin biz evdəyik, bu imkandan istifadə etmək lazımdır. Biz onlardan birinci heyətdən gözlədiyimiz nəticəni gözləmirik. Müsbət cəhət budur ki, onlar təcrübə toplayacaqlar. Ən əsası odur ki, biz bu çətin vəziyyətdən çıxa bildik".
M.Vasileva bildirib ki, Azərbaycan komandasının lideri Zöhrə Ağamirova olacaq:
Bugünkü məşq çox yaxşı keçdi. Əsas odur ki, onlar burada çox yaxşı çıxış etdilər və tamaşaçılar onları yaxşı qarşıladılar. Beynəlxalq Gimnastika Federasiyasının Texniki komitəsinin rəhbəri Natalya Kuzmina federasiya tərəfdən müşahidəçi qismində çıxış edir. O, yarışın təşkilini təriflədi. Bu gün o ilk dəfə bizim zalda oldu, 2014-cü ildə tikilsə də, zala heyran oldu. Mənə bu sözləri bir mütəxəssis kimi məhz ondan eşitmək çox xoş oldu. O, bizim zalda isti ab-havanın olduğunu və artıq bizim dünya çempionatını qəbul etməyə hazır olduğumuzu bildirdi. Mən isə öz növbəmdə, bizim rəhbərliyimizə minnətdarlığımı bildirmək istəyirəm, çünki mənə digər insanlarda bu qibtə hissini görmək çox xoşdur. Düşünürəm ki, bizdə hər şey yaxşıdır və hər şey alınacaq".
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.
Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.
Daha çox xəbər:
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçılarının podium məşqləri keçirilib
İdmanBədii Gimnastika üzrə 35-ci Avropa Çempionatı
İdmanBraziliyalı məşqçi: "Azərbaycan Gimnastika Federasiyası öz işini əla görür"
İdmanÖzbəkistanlı idmançı: "Bakıda tamaşaçıları çox bəyəndim"
İdmanDünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı
İdman