İdman / Gündəm
10 iyul 2024
1
AVRO-2024: Bu gün ikinci finalçının adına aydınlıq gələcək

Almaniyada təşkil olunan Avropa çempionatında bu gün ikinci finalçının adına aydınlıq gələcək.
Yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə komandaları münasibətləri aydınlaşdıracaqlar.
İngiltərə millisi 1/4 finalda penaltilər seriyasında İsveçrəni üstələyib. Niderland isə Türkiyə yığmasını mübarizədən kənarlaşdırıb.
Bakı vaxtı ilə saat 23:00-da Dortmund şəhərindəki "Siqnal İduna Park" stadionunda start götürəcək görüşü almaniyalı referi Feliks Şvayer idarə edəcək.
AVRO-2024
Yarımfinal
10 iyul
23:00. Niderland - İngiltərə
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park".
Qeyd edək ki, yarımfinalın ilk görüşündə Fransa millisini 2:1 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.

Daha çox xəbər:

AVRO-2024: Qrup mərhələsinin II turunda daha üç oyun keçiriləcək
İdman
DÇ-2022: Bu gün 1/8 finalın daha 2 oyunu keçiriləcək
Gündəm / İdman
AVRO-2024: Türkiyə millisi Gürcüstanla qarşılaşacaq
Gündəm / İdman
Avro-2024-də 1/4 finalın TƏQVİMİ
Gündəm / İdman
DÇ-2022: Bu gün 1/8 final mərhələsinə start veriləcək
Gündəm / İdman