Gündəm / İdman
05 dekabr 2022
12
DÇ-2022: Bu gün 1/8 finalın daha 2 oyunu keçiriləcək

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gələcək. ABŞ-dan olan FIFA referisi İsmail Elfatın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Günün son qarşılaşmasında isə Braziliya seçməsi Cənubi Koreya kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Oyunun baş hakimi fransalı Kleman Türpen olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bu cütlərin qalibi 1/4 finalda bir-birinə rəqib olacaq.
DÇ-2022
1/8 final mərhələsi
5 dekabr
19:00. Yaponiya - Xorvatiya
Baş hakim: İsmail Elfat (Braziliya)
"Əl Cənub" stadionu
23:00. Braziliya - Cənubi Koreya
Baş hakim: Kleman Türpen (Fransa)
"974" stadionu
Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.

Daha çox xəbər:

DÇ-2022: Bu gün 1/8 final mərhələsinə start veriləcək
Gündəm / İdman
Xorvatiya Mərakeşə, Almaniya Yaponiyaya qarşı
Gündəm / İdman
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır
İdman
Mundialda pley-off mərhələsi: Türkiyə millisi Portuqaliyaya qarşı - AFİŞA
İdman
Bu gün ÇL-nın qrup mərhələsinə start veriləcək
Gündəm / İdman