Gündəm / İdman
06 sentyabr 2022
25
Bu gün ÇL-nın qrup mərhələsinə start veriləcək

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.
İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.
E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İngiltərə nəhəngi "Çelsi"ni sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
F qrupunda turnirin son qalibi İspaniya "Real Madrid"i Şotlandiyada "Seltik"lə qarşılaşacaq. G qrupunda İngiltərənin "Mançester Siti" komandası İspaniyada "Sevilya"nın qonağı olacaq.
Gecənin maraqla gözlənilən daha bir oyunu isə Fransada PSJ və İtaliya "Yuventus"u arasında baş tutacaq. H qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
6 sentyabr
E qrupu
20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə)
23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)
F qrupu
23:00. "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:00. "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya)
G qrupu
20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka)
23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
H qrupu
23:00. PSJ (Fransa) - "Yuventus" (İtaliya)
23:00. "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail)
Qeyd edək ki, ilk turun digər 8 matçı sentyabrın 7-də oynanılacaq.

Daha çox xəbər:

Çempionlar Liqası: 3 komanda pley-offa vəsiqəni təmin edə bilər
İdman
Çempionlar Liqasında bu günə olan qarşılaşmalar
İdman
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır
İdman
Çempionlar Liqası: Bu gün pley-off oyunlarına start veriləcək - AFİŞA
İdman
Bu gün ÇL-də 8 matç var
Gündəm / İdman