İdman
09 dekabr 2021
27
Firdovsi Umudov hesabat-seçki konfransına niyə çağırılmadı?
Xəbər verdiyimiz kimi, Azərbaycan Güləş Federasiyasında hesabat-seçki konfransı keçirilib. “Qafqazinfo”nun məlumatına görə, konfransa federasiyanın vitse-prezidenti Firdovsi Umudov dəvət olunmayıb.
Digər vitse-prezidentlər iclasa qatılsa da, Umudovun orada yer almaması maraq doğurub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev hesabat-seçki konfransına dəvət olunanların siyahısının Azərbaycan Güləş Federasiyası tərəfindən təqdim edildiyini bildirib.
Bununla bağlı Azərbaycan Güləş Federasiyasına müraciət etsək də, onlar suala cavab vermək istəmədiklərini bildirdilər. Maraqlıdır ki, federasiyada bundan öncə də keçirilən daxili iclaslarda Firdovsi Umudov dəvət olunmamışdı. Elə həmin vaxt da federasiya bununla bağlı heç bir mövqe ortaya qoymamışdı.
Dünən federasiyanın yeni prezidenti Mikayıl Cabbarova da Firdovsi Umudov barədə sual verilib. O isə cavabında hələlik şəxslər barədə danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, Firdovsi Umudov 2005-ci ildən yığma komandada çalışıb, 2007-2008-ci illərdə yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi, 2008-2016-cı illərdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi, 2016/2018-ci illərdə yığma komandanın baş məşqçisi olub. 2018-ci ilin yanvarından Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir. O, 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilib. Əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.
Daha çox xəbər:
Xanlar Fətiyev yenidən federasiya prezidenti seçildi
İdman42 yaşlı yeni nazir kimdir? - DOSYE
Gündəm / CəmiyyətYeni nazirə yeni müavinlər: gənclər və idman sektorunu nə gözləyir? - HƏQİQƏTƏN DƏ...
Gündəm / İdmanAzərbaycanda idman federasiyaları antidopinqə görə 1 ilədək diskvalifikasiya edilə bilər - Yeni qaydalar
Cəmiyyətİlham Əliyevdən SOCAR-ın üç vitse-prezidenti ilə bağlı SƏRƏNCAM
Gündəm / Siyasət