İdman
27 aprel 2022
42

"Mançester Siti" - "Real Madrid" matçında 7 qol vuruldu

"Mançester Siti" - "Real Madrid" matçında 7 qol vuruldu


UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

İlk oyun günündə bir görüş keçirilib.

Gecənin yeganə matçında İspaniya "Real Madrid"i İngiltərədə turnirin son finalçısı "Mançester Siti"nin qonağı olub. "Etihad" stadionundakı görüş "şəhərlilər"in 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab qarşılaşması mayın 4-də keçiriləcək.