İdman
29 iyul 2024
0
Paris-2024: Azərbaycan ilk medalı təmin edib
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk medalı təmin edib.
Bu, cüdoçu Hidayət Heydərovun (73 kq) finala yüksəlməsi sayəsində mümkün olub.
Avropa və dünya çempionu yarımfinalda Akil Qyakovaya (Kosovo) qalib gəlib.
Həmin medalın (gümüş və ya qızıl) əyarı isə qarşıdakı dəqiqələrdə müəyyənləşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatıb.
Daha çox xəbər: