İqtisadiyyat
11 sentyabr 2023
1
Bunlar müştəriləri aldatmağa yönəldilmiş hərəkətlər hesab ediləcək
Müştərilərin çaşdırılması və aldadılması halları müəyyənləşir.
Bu barədə Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində qeyd olunub.
Belə ki, aşağıdakılar müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər hesab edilir:
-məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması;
-məhsulun satışı, yaxud danışıqlar zamanı müştərinin sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;
-müştərini çaşdıra bilən tərzdə öz məhsulunun rəqibin məhsulu ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya media məhsulu kimi təqdim olunması;
-məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən) istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi;
-məhsulun standartlara və ya texniki reqlamentlərə uyğunluğu barədə yanlış məlumat verməklə (bəyan etməklə) təklif edilməsi, yaxud məhsulun öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.
Daha çox xəbər:
Qida məhsulları ilə bağlı YENİ TƏLƏBLƏR
Gündəm / CəmiyyətQiyməti süni artıran sahibkarlara ciddi XƏBƏRDARLIQ
Gündəm / CəmiyyətQəzet və saytların fəaliyyətinin hansı hallarda 2 ay dayandırılacağı müəyyənləşir
Gündəm / CəmiyyətParlamentdə Şuşa ilə bağlı qanun layihəsi müzakirə ediləcək
Gündəm / CəmiyyətOd tutub yanan bazar: Qiymətlər niyə yüksəkdir?
Gündəm / Cəmiyyət