İqtisadiyyat / Gündəm
23 may 2024
3
“Azeri Light” bir az da ucuzlaşdı
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti növbəti dəfə ucuzlaşıb.
Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.31 ABŞ dolları və ya 0.4% azalaraq 84.54 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, mayın 22-də “Azeri Light” 84.23 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
