İqtisadiyyat / Gündəm
14 oktyabr 2024
0

İqtisadiyyat üzrə Nobel mükafatının SAHİBLƏRİ

İqtisadiyyat üzrə Nobel mükafatının SAHİBLƏRİ

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən 2024-cü il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə "Sveriges Riksbank" mükafatı laureatları məlum olub.

Daron Acemoglu, Simon Johnson və James A. Robinson sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.

Onlar ölkələrin necə və niyə zənginləşib inkişaf etdiyi, nə üçün tərəqqi və texnologiyanın bəzi yerlərdə xalqların rifahına gətirib çıxardığı ilə bağlı araşdırmalarına görə bu mükafata layiq görülüblər.

Daron Acemoğlu 1967-ci ildə İstanbulda anadan olub. O, Massaçusets Texnologiya İnstitutunun professorudur. Saymon Conson isə 1963-cü ildə Böyük Britaniyanın Şeffild şəhərində anadan olub və eyni ali təhsil ocağında oşləyir.

Çikaqo Universitetinin professoru olan Ceyms Robinson isə 1960-cı il təvəllüdlüdür