Mədəniyyət / Gündəm
08 may 2024
0
Bolqarıstanın birinci xanımı milli mətbəximizlə tanış oldu - FOTO

Mayın 8-də Bolqarıstan Respublikasının birinci xanımı Desislava Radeva Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Bolqarıstanın birinci xanımına ölkəmizin milli mətbəxinin xüsusiyyətləri haqqında məlumat verib.
Qonağa şah plov, kükü, düşbərə, qutablar, yarpaq dolması, dovğa, habelə milli şirniyyatımız olan şəkərbura və Azərbaycan mətbəxinin digər ləziz nümunələri təqdim olunub.
Sonra Bolqarıstanın birinci xanımına milli mətbəximizin təamlarının hazırlanma üsulları nümayiş edilib.
Azərbaycan milli mətbəxinin ləziz təamları ilə tanışlıq Bolqarıstanın birinci xanımı Desislava Radevada xoş təəssürat yaradıb.









Daha çox xəbər:

Azərbaycanın və Litvanın birinci xanımlarının görüşü olub
Gündəm / Cəmiyyət
Prezident və xanımı "Yuxarı Baş” ərazisində aparılan təmir-bərpa işləri ilə tanış oldu
Gündəm / Siyasət
Birinci xanımlar İçərişəhərdə - FOTO (YENİLƏNİB)
Gündəm / Siyasət
Birinci xanımlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar
Gündəm / Cəmiyyət
Mehriban Əliyeva Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olub
Gündəm / Siyasət