Mədəniyyət
24 avqust 2022
19
"O sifətdə efirdə görünmək istəmirdim" - Xalq artisti
Ağır xəstəlikdən sağalan Xalq artisti Ramiz Novruz "Instagram" hesabında açıqlama yayıb.
Aktyor xəstə olduğu vaxtlar efirə çıxmaqdan imtina edib. O bildirib ki, görünüşü tamam dəyişib:
"Simam elə vəziyyətdə idi ki, deyə bilmirdim, utanırdım. O sifətdə efirdə görünmək istəmirdim. Düzəldim. Heç kim elə bilməsin ki, saymamazlıq etdim. Xəstəlik ucbatından əsəbi olduğumu bilib məni yola verənlərə minnətdaram. Bu ərəfədə mənlə maraqlanan hər kəsə təşəkkür edirəm".
Bildirək ki, Xalq artistinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi deyilsə də o, haqqında çıxan xəbərləri təkzib etmişdi.