Səhiyyə
29 iyun 2020
53

"Deksametazon"la bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ

Milliinfo.az

"Deksametazon"la bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ



"Deksametazon"la bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Deksametazon" preparatı ilə bağlı xəbərdarlıq edib.

ÜST-ün Azərbaycandakı nümayəndəliyindən Metbuat.az-a bildirilib ki, "Deksametazon" dərmanı COVID-19 virusunu yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir.

"Birləşmiş Krallıqda aparılan son tədqiqat nəticəsində deksametazon preparatının oksigen dəstəyinə ehtiyac duyan COVID-19-lu xəstələrdə ölüm riskini azaltdığı məlum olub. "Deksametazon" COVID-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir. Bu məqsədlə istifadə üçün hər hansısa bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi şəkildə əks təsir göstərir", - deyə məlumatda qeyd olunub.