Siyasət
12 dekabr 2022
9
Şuşadakı etirazçıların çadırlarına işıq da çəkildi - Fotolar

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya davam edir.
Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənə, yəni Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gəlməyənə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.
Səhər saatlarından etibarən ərazidə üç çadır quraşdırılmışdı. Artıq “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən həmin çadırlara elektrik enerjisinin verilişi təmin edilib. Bundan əlavə, “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən sülhməramlıların nəzarətində olan yolun hissəsində Azərbaycan bayrağı qaldırılıb.




Daha çox xəbər:

"Laçın dəhlizi": Jurnalistlərimiz və QHT-lər rus sülhməramlıları ilə toqquşdu: VİDEO, CANLI YAYIM
Gündəm / Cəmiyyət / Video
Rusiya sülhməramlılarının hərbçisi “Report”un avtomobilinə avtomat silahla zərər yetirib
Gündəm / Cəmiyyət
Bu ərazilərdə işıq olmayacaq
Gündəm
"Hərbçimiz sülhməramlıların nəzarətində olan əraziyə keçib" - RƏSMİ
Gündəm / Cəmiyyət
Sülhməramlılar azərbaycanlı jurnalistlərə mane olmaq istədi - Video
Gündəm / Video