Siyasət / İqtisadiyyat / Cəmiyyət
24 aprel 2020
42
Azərbaycanda vətəndaşlığı olmayan şəxslərə qarşı yeni tələb qoyulur
Milliinfo.az
Azərbaycanda vətəndaşlığı olmayan şəxslərə qarşı yeni tələb qoyulur.
XeberOxu.Az-ın məlumatına görə, bununla bağlı Məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verilərkən, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar.
Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı vətəndaşlığı olmayan şəxsdən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazənin və ya qaçqın statusu verilməsi, habelə müvəqqəti olma müddətinin uzadılması üçün qanunvericiliklə müəyyən olunmuş sənədləri tələb edəcək.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Daha çox xəbər:
Parlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik etdi
Gündəm / Cəmiyyət / SosialParlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik etdi
Siyasət / İqtisadiyyat / Cəmiyyət / SosialAzərbaycanda mobil operatorların üzərinə yeni vəzifə qoyulur
CəmiyyətBu şəxslərə verilən pul kompensasiyası artırıldı
Cəmiyyət“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti davam edəcək VİDEO
Gündəm / Cəmiyyət