Siyasət / İqtisadiyyat / Cəmiyyət
24 aprel 2020
46
Milli Məclisin mətbuat xidmətinin məlumatı
Milliinfo.azMilli Məclisin mətbuat xidmətinin məlumatı
Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, guya Milli Məclis Aparatının İşlər müdirinin xidmətində yeni Tikinti-təmir şöbəsi yaradılıb. İddia edilir ki, hətta şöbənin rəhbərliyinə təyinat da olub.
Milli Məclisin mətbuat xidmətindən XeberOxu.Az-a daxil olan məlumata görə, belə bir yeni şöbənin yaranması ilə bağlı fikirlər tamamilə yanlışdır, həqiqətə uyğun deyil.
“Xatırladırıq ki, belə bir şöbə hələ 2019-cu il 19 noyabrda Milli Məclis Sədrinin 289-5 saylı sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Milli Məclisin işlər müdiri xidmətinin tikinti-təmir işləri sektoru ləğv edilərək əvəzində Milli Məclisin işlər idarəsinin tikinti-təmir şöbəsi yaradılıb. Bir daha vurğulayırıq ki, belə bir şöbənin yeni yaranması ilə bağlı informasiya tamamilə əsassızdır. Jurnalistləri bir daha dəqiqləşdirilməmiş, əsası olmayan bu cür məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, - deyə məlumatda qeyd edilir.

Daha çox xəbər:

AZƏRBAYCAN » SİYASƏT Akif Təvəkküloğlu vəzifəsindən azad olunub
Siyasət
Milli Məclisin deputatları yenidən tətilə çıxdılar
Siyasət
Milli Məclisin Sədri Sahibə Qafarova deputat seçildiyi dairənin seçiciləri ilə videokonfrans formatında qəbul keçirib
Siyasət
Sabah Milli Məclisin iclası keçiriləcək .
Siyasət
Milli Məclisin komitə iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərlə bağlı ictimai müzakirələr keçirilib
Siyasət