Siyasət
29 noyabr 2023
1
Blinken Əliyevə zəng etdi, Klaar Ankaraya gəldi – Səbəb
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ankaraya gedərək Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparla Cənubi Qafqazda sabitlik və əməkdaşlıq məsələlərini müzakirə etməsi Brüsselin Türkiyənin bölgədə oynadığı rola verdiyi dəyərdən irəli gəlir.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Moskvadan sonra Brüssel də Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsini qəbul edib və buna mane olacaq gücdə deyil. ABŞ-ın Ankara ilə münasibətlərində sualların sayı azalmasa da, Vaşinqton da Türkiyənin Cənubi Qafqazda mühüm oyunçu statusu ilə razılaşıb. Dövlət katibi Entoni Blinkenin Bakıya zəng etməsi səbəblərindən biri də Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandeminin gücünü hər keçən gün artırmasıdır”.
Daha çox xəbər:
ABŞ-ın Qafqazda yeganə məqsədi budur - Vaşinqtondan Lavrova CAVAB
DünyaAvropa İttifaqının xüsusi nümayəndəsi İrəvandan birbaşa İstanbula yollanıb
Gündəm / Siyasətİlham Əliyev Vladimir Putinlə Cənubi Qafqazda təhlükəsizlik məsələsini müzakirə edib
Gündəm / Siyasət“ABŞ sülhün olduğu Cənubi Qafqazı dəstəkləməyə sadiq qalır” - Blinken
Gündəm / SiyasətPrezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Siyasət