Siyasət
27 iyun 2020
53

5G texnologiyası ilə bağlı tədqiqatlar aparılır

Milliinfo.az

5G texnologiyası ilə bağlı tədqiqatlar aparılır



 5G texnologiyası ilə bağlı tədqiqatlar aparılır


Koronavirus pandemiyası dövründə 5G texnologiyasının perspektivləri və tətbiq sahələri ilə bağlı tədqiqatların genişləndirilməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikri AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov söyləyib. O, mövzunun müasir dövrümüzdə böyük aktuallıq kəsb etdiyini bildirib.

İclasda 5G texnologiyasının təhlükə mənbəyi olub-olmaması, immun sisteminin zəifləməsinin əsas səbəbkarı hesab edilən elektromaqnit şüalanması və bu şüalanmanı yaradan 5G antenalar haqqında məlumat verilib.