Siyasət / Dünya
25 iyul 2020
49
Həmsədrlər Azərbaycan və Ermənistana müraciət etdilər
Milliinfo.az
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik bəyanat yayıblar.Bu barədə “Report”a ATƏT-dən bildirilib.
Qeyd edilir ki, həmsədrlər bəyanatda tərəfləri danışıqlar masası ətrafına əyləşməyə çağırıblar.
"16 iyul tarixindən etibarən Azərbaycan-Ermənistan sərhədi boyunca nisbi sabitliyi alqışlayır və tərəfləri münaqişənin hərtərəfli həllini tapmaq üçün ciddi əsaslı danışıqlara hazırlaşmaq üçün gərginliyin hazırkı azalma fürsətindən istifadə etməyə çağırırıq. Bir daha vurğulayırıq ki, bu mürəkkəb dövrdə fitnəkar bəyanatlardan, təhlükələrdən və mülki əhaliyə və ya kritik əhəmiyyətli infrastruktur da daxil olmaqla güman edilən təhlükələrdən çəkinmək son dərəcə əhəmiyyətlidir", - deyə bəyanatda bildirilir.
Həmsədrlər həmçinin qeyd ediblər ki, həmsədr ölkələrin birgə səylərini və ya birtərəfli qaydada yeni "şərtlər" yaratmaq və ya tənzimləmə prosesi formatındakı dəyişiklikləri tənqid edən açıq bəyanatlar konstruktiv dialoqun bərpa olunmasına kömək etmir. Həmsədrlər bir daha təsdiqləyiblər ki, davamlı sülhə nail olmaq üçün siyasi iradə özünü ən yüksək nöqteyi-nəzərdən atəşkəs rejiminə sadiq qalmaqda, təxribatçı bəyanatlardan və hərəkətlərdən çəkinməkdə ən yaxşı şəkildə göstərir.
Daha çox xəbər:
ABŞ Azərbaycan-Ermənistan sərhədində güc tətbiqini dayandırmağa çağırdı
Siyasət / DünyaPrezident İlham Əliyev ABŞ-ın Müstəqillik Günü münasibətilə Prezident Donald Trampı təbrik edib
Siyasət / DünyaLitvanın Xarici İşlər naziri: Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirakı vacibdir
Siyasət / DünyaMillət vəkili Nigar Arpadarai ATƏT-in çağırışına münasibət bildirdi
SiyasətPrezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
Siyasət