Siyasət / Cəmiyyət / Dünya
04 avqust 2020
20
Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru dəyişdirilə bilər
Milliinfo.az
Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru mürəkkəbləşdirilə bilər.AZƏRTAC xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib. O qeyd edib ki, əcnəbi vətəndaşlara işəgötürəndən təsdiq gəldiyi halda Rusiyada işləmək icazəsi verilməsi məsələsi müzakirə olunur. D.Medvedev ərəb ölkələrinin bu sahədə təcrübəsindən faydalanmağı təklif edib. Belə ki, bu ölkələrdə işə götürən tərəf əcnəbi vətəndaşa görə tam məsuliyyət daşıyır.
Pandemiya ilə əlaqədar Rusiyada miqrantların 40 faizinin işini itirdiyini qeyd edən Təhlükəsizlik Şurasının sədr müavini belə şəraitdə kriminal durumun pisləşməsi təhlükəsindən ehtiyat etdiyini vurğulayıb. Onun fikrincə, əmək müqaviləsində işəgötürənin miqrantın davranışına, həm də fors-major vəziyyətlərdə onun maddi durumuna görə məsuliyyət daşıması bəndi yer almalıdır.
Daha çox xəbər:
Dmitri Medvedev: "Yerevan ilə Bakı düşünülməmiş addımlardan uzaq olmalıdır"
Siyasət / DünyaDmitri Medvedevdən koronavirusla bağlı kobud səhv
DünyaRusiyada üç jurnalist pandemiyanın qurbanı olub
DünyaRusiyada çayda batan şəxsin kimliyi bilindi - Meyiti Azərbaycana göndərilir
HadisəRusiyada koronavirusa görə həkim çatışmazlığı yaranıb - Çarə kimi yalnız...
Dünya / Səhiyyə