Siyasət / Sosial
24 avqust 2020
60

“ASAN” xidmətin səlahiyyətləri artırıldı

“ASAN” xidmətin səlahiyyətləri artırıldı

Milliinfo.az

Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2020-ci il tarixli Fərmanına əsasən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin (viza müddəti və ya 90 gün vizasız qaydada olma müddəti) uzadılması, Vətəndaşlığa qəbul, bərpa və vətəndaşlıqdan çıxma, Miqrasiya Xidmətinin fəalliyyət istiqamətləri üzrə arayışların (olduğu yer üzrə qeydiyyata alınmasına dair, müraciətlərin icrada olmasına dair və s.) verilməsi ilə bağlı müraciətlərin qəbulu ölkə üzrə bütün “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.


Bu barədə Metbuat.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
“ASAN xidmət” mərkəzləri olmayan şəhər və rayonlarda regional miqrasiya idarələrinə müraciət edilə bilər.