Siyasət
14 sentyabr 2020
27
İlham Əliyev: "Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik"
Milliinfo.az
"Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var"."Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında bildirib.
“Biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır”, - deyə dövlət başçısı qeyd edib.
Daha çox xəbər:
İlham Əliyev: “Sahibkarlardan rüşvət, pay tələb olunur”
Siyasət / İqtisadiyyat / SosialPrezident: “Taxılçılıqda orta məhsuldarlıq bu il 30 sentnerin üstündədir”
Siyasət / İqtisadiyyatPrezident İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq"
SiyasətPrezidentdən maaş və pensiyalarla bağlı MÜJDƏ
Gündəm"Biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz" - İlham Əliyev
Siyasət