Siyasət / Dünya
15 oktyabr 2020
38
Əli Əsədov Türkiyənin Vitse-prezidentinə məktub ünvanlayıb
Milliinfo.az
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 15-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.Nazirlər Kabinetindən "Report"a bildirilib, məktubda Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı barədə son məlumatlar verilib.
Xüsusi vurğulanıb ki, təxribatın ilk saatlarından etibarən qardaş Türkiyə bütün səviyyələrdə bu xain təcavüz aktını qətiyyətlə pisləyib və hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib.
Türkiyə Respublikasının Prezidenti və Vitse-prezidentinin, müvafiq dövlət qurumlarının rəhbərlərinin, parlament üzvlərinin və ümumiyyətlə, bütün qardaş türk xalqının Ermənistanın təcavüz aktına qəti və birmənalı münasibət bildirməsi Azərbaycanın öz haqq işində yalnız olmadığının göstəricisi kimi qiymətləndirilib.
Daha çox xəbər:
Qərbi Azərbaycan İrəvan Respublikasının Məşvərət Şurasından Ərdoğana MÜRACİƏT...
Siyasət / DünyaCeyhun Bayramov İƏT-in Baş katibini Ermənistanın təxribatı barədə məlumatlandırıb
Siyasət / DünyaEkmələddin İhsanoğlu Prezident İlham Əliyevə məktub yazıb
Siyasət / DünyaQoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistanın təxribatı ilə bağlı kommünike qəbul edib
SiyasətGUAM PA Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatları pisləyib
Siyasət / Dünya