Siyasət
25 oktyabr 2020
38
Prezident İlham Əliyev: "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir"
Milliinfo.az
"1994-cü ildə biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən baş vermişdi. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdi".APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə ABŞ-ın “Fox News” telekanalına müsahibəsində bildirib.
Budəfəki müharibəni Azərbaycanın başlatmadığını vurğulayan dövlətimizin başçısı deyib: “Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar”.
Daha çox xəbər:
"Biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz" - İlham Əliyev
SiyasətPrezident İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq"
SiyasətPrezident İlham Əliyev: “Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər”
GündəmAzərbaycan Prezidenti: “Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik”
SiyasətPrezident İlham Əliyev ABŞ-ın Müstəqillik Günü münasibətilə Prezident Donald Trampı təbrik edib
Siyasət / Dünya