Siyasət
15 noyabr 2020
25
Dağlıq Qarabağdakı sülhməramlılar nəyə və necə nəzarət edəcəklər? - İZAH
Milliinfo.az
Sülhməramlıların əsas vəzifəsi tərəflər arasında mövcud razılaşmanın öhdəliklərini cira etməkdir.XeberOxu.Az-ın məlumatına görə, noyabrın 10-da imzalanmış bəyanatdan sonra Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinə hüquqi icazə verilmiş oldu.
S?ülhməramlı missiya nədir
- BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər.
- Situasiyadan asılı olaraq sülhməramlıların missiyası fərqlənir. Lakin bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər
Sülhməramlı qüvvələr hansı qaydalara əməl etməlidir?
- Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir
- Sülhməramlılar qərəzsiz və neytral olmalıdır
- Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər
- Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir
- Keçid dövrünün çətinlikliklərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərilir
- BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır
Ümumilikdə BMT mandatlı 13 sülhməramlı missiya mövcuddur, bundan başqa BMT mandatı altında fəaliyyət göstərməyən daha 7 sülhməramlı missiya vardır. Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-divuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər.
Dağlıq Qarabağa yerləşdirilən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir.
Daha çox xəbər:
Azərbaycan Prezidenti: “Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik”
Siyasətİlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır
CəmiyyətSON DƏQİQƏ! Putin Dağlıq Qarabağla bağlı FƏRMAN İMZALADI
Siyasət / Dünya / SosialCeyhun Bayramov İranın yeni səfiri ilə görüşüb
Siyasət / DünyaMeksikanın radio və telekanallarında erməni təcavüzü barədə danışılıb
Dünya