Siyasət
27 noyabr 2020
113
“Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib
Milliinfo.az
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb."Report" xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməlidir.
Həmin Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Daha çox xəbər:

NK Prezidentin Fərmanı ilə bağlı bir sıra qərarlara dəyişiklik edib
Sosial / Təhsil
İlham Əliyevdən "Əmək pensiyaları haqqında" sərəncam
Siyasət
Prezidentdən bu şəxslərlə bağlı VACİB SƏRƏNCAM
Siyasət
Azərbaycanda qadınlarla bağlı təklif: 2021-ci ilədək...
Cəmiyyət
Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib
Siyasət