Sosial
02 noyabr 2023
1
Bu ölkədə rus jurnalist “casusluq” ittihamı ilə deportasiya edildi
Bolqarıstanın Dövlət Milli Təhlükəsizlik İdarəsi Rusiyanın “Rossiyskaya qazeta” qəzetinin Sofiya müxbiri Aleksandr Qatzakı casusluq ittihamı ilə deportasiya edib.
Bolqarıstan Dövlət Milli Təhlükəsizlik Agentliyinin (DANS) verdiyi açıqlamada Aleksandr Qatzakın Bolqarıstanda Rusiyanın xeyrinə kəşfiyyat məlumatı topladığının müəyyən edildiyi bildirilib.
Bu səbəbdən sentyabrda jurnalistin akkreditasiyası ləğv edilib və o, Rusiyanın Sofiyadakı səfirliyinə sığınıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qatzakın deportasiya qərarına münasibət bildirib. Zaxarova Rusiyanın cavab tədbirləri görəcəyini bəyan edib.
Rusiya Ukraynaya müharibə elan etdikdən sonra Bolqarıstanla Rusiya arasında münasibətlər gərginlik dövrünə qədəm qoyub. Müharibə başlayandan bəri Bolqarıstan 84 rus diplomatını “ölkənin milli təhlükəsizliyini təhdid etdikləri” əsas gətirərək “persona non-qrata” elan edərək deportasiya etmişdi.
Daha çox xəbər:
Rusiya səfiri Bolqarıstan XİN-ə ÇAĞIRILDI
Gündəm / DünyaTanınmış azərbaycanlı jurnalist Almaniyadan deportasiya edilir
Gündəm / CəmiyyətAlmaniyadan deportasiya edilən Röya Rəfili sığınacağa yerləşdirildi
Gündəm / Cəmiyyət"Rusiya azərbaycanlıları Krıma deportasiya etmək istəyir" - Baş nazirin müavini
DünyaPolşa Rusiya diplomatlarını ölkədən çıxarır
Gündəm / Dünya