Sosial
21 oktyabr 2021
87
Zəhərlənmədən ölən uşaqlar göbələyi özləri yığıbmış...
Xəbər verdiyimiz kimi, oktyabrın 19-da Qaxda bir ailənin üç üzvü göbələkdən zəhərlənib və onlardan ikisi 9 yaşlı İbrahimxəlil Qasımzadə, 12 yaşlı Murad Qasımzadə ölüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uşaqları zəhərləyərək onların ölümünə səbəb olan göbələkləri azyaşlılar özləri bağdan yığıb. Onlar zəhərli göbələyi evə gətirib və bişirilməsi üçün valideyninə veriblər.
Bir müddət sonra zəhərli göbələk öz təsirini göstərib və azyaşlılarla yanaşı, 1974-cü il təvəllüdlü, Muradın atası Mübariz Qasımlı da xəstəxanalıq olub. Vəziyyətləri ağır olan xəstələr Bakıya çatdırılıb, azyaşlıların həyatını xilas etmək mümkün olmayıb.

Daha çox xəbər:

Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da öldü
Hadisə
17 yaşlı yeniyetmənin törətdiyi dəhşətli qəzada ölən var – Video
Hadisə
Salyanda məktəblilər olan mikroavtobus aşdı - Ölən və yaralananlar var + Yenilənib
Hadisə
İki yaşlı uşaq xlor, 16 yaşlı qız kamfora yağı içdi
Hadisə
Ata qızına sataşan 57 yaşlı kişini döyərək öldürdü - DƏHŞƏTLİ HADİSƏ
Hadisə