Sosial
18 noyabr 2021
21
"Əhalinin xeyli hissəsi pensiya ala bilməyəcək" - Deputatdan xəbərdarlıq
"Pensiyaların səviyyəsi əmək haqqının səviyyəsindən asılıdır. Amma əhalinin əksəriyyətinin maaşları yüksək olmadığından, aldıqları pensiya minimum tələbatı ödəmək üçün yetərli səviyyədə deyil".
Bunu "Unikal"a açıqlamasında deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, maaşlar yüksək olmalıdır ki, pensiyanın da məbləği yüksək olsun.
"Rəsmi statistikaya görə, ölkə üzrə orta əmək haqqı 733 manat, Bakıda isə 1000 manatın altındadır. Bizdə ciddi problemlərdən biri budur ki, regionlarda yaşayanların çoxunun maaşları aşağıdır və bu pensiyaya təsir edir. Məsələn, Şəki-Zaqatala zonasında orta əmək haqqı 350-400-450 manatdır. Şəki-Zaqatala kimi yüksək potensiala malik bir iqtisadi zonada əmək haqqının səviyyəsi aşağı olduğundan, əhalinin xeyli hissəsi pensiya yaşına çatanda pensiya ala bilməyəcək, ala bilənlər isə aşağı pensiya alacaq. Bu, regionlarda həyat səviyyəsinin aşağı olması nöqteyi-nəzərdən çox ciddi problem yaradır.
Milli Məclisdəki çıxışımda dediyim kimi, inkişaf etmiş ölkələrdə insanlar pensiyaya çıxandan sonra onların həyatının çox romantik bir dövrü başlayır. Amma Azərbaycanda insanlar pensiyaya çıxanda onların xeyli hissəsinin məşəqqətli bir dövrü başlayır. Çünki onların aldıqları pensiya minimum qida və dərman almağa kifayət etmir. Ona görə də bu problemin həlli istiqamətində ciddi araşdırmaların aparılmasına və təsirli tədbirlər görülməsinə ehtiyac var".
Daha çox xəbər:
Pensiyalar artaraq bu qədər olacaq
Gündəm / SosialAzərbaycanda yaşa görə pensiya ARTIRILIR
Gündəm / SosialAzərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlanıb
Gündəm / Cəmiyyət / SosialPensiyalar bu tarixdə tam ödəniləcək - RƏSMİ
CəmiyyətRespublika üzrə bütün pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Gündəm / Sosial