Sosial
19 noyabr 2021
28
Körpə ikən anasını itirən şəhid...
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan 7 hərbi qulluqçumuzdan biri də əsgər Murad Xəlilovdur.
"Qafqazinfo"nun məlumatına görə, 19 yaşlı şəhidimiz ailənin yeganə oğlan övladı olub. O, bacısı İlahə ilə birlikdə anasız böyüyüb.
Belə ki, Muradın anası 22 yaşında dünyasını dəyişib. Bu zaman Murad Xəlilov 1 yaş 8 aylıq olub. Anasının vəfatından sonra şəhidimiz nənəsinin himayəsi altında böyüyüb.
Murad Xəlilov şəhid olmazdan təxminən 10 gün öncə məzuniyyətə gəlibmiş.
Qeyd edək ki, 2003-cü il təvəllüdlü şəhidimiz doğulduğu Şəmkirin Çinarlı qəsəbəsində torpağa tapşırılıb.
Fotoda şəhidimizin bacısı İlahə Ağayeva


Daha çox xəbər:

Şəhid olmuş əsgərlərimizin fotoları YAYILDI
Gündəm / Cəmiyyət
Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb - SİYAHI
Gündəm / Cəmiyyət
Əliyev Natiqin şəhid olma səbəbi... - Düşmən beynəlxalq hüququ pozubmuş
Gündəm / Sosial
Cəbhədə son vəziyyət: Düşmənin xeyli itkisi, bizim şəhidimiz var
Gündəm
Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da öldü
Hadisə