Sosial
06 avqust 2022
22

Əllərin keyiməsinin təhlükəli səbəbləri açıqlandı

Əllərin keyiməsinin təhlükəli səbəbləri açıqlandı


Səhər saatlarında əllərin uyuşması kifayət qədər ümumi problemdir. Bu hər gün baş verirsə narahatlığın bir neçə səbəbi ola bilər.

Bu barədə rusiyalı nevroloq Yana Kuşnir bildirib.

Həkimin fikrincə, uyuşmanın ən çox görülən səbəbi onurğanın boyun hissəsində degenerativ-distrofik dəyişikliklər, fəqərəarası yırtıq, sinir sıxılmaları səbəb ola bilər. Bundan başqa B12 vitamini, fol turşusu çatışmazlığı, anemiya da kiçik damarların qidalanmasının pozulması ilə nəticələnir, nəticədə ətrafların uyuşması baş verir.
Əllərin keyiməsinin təhlükəli səbəbləri açıqlandı

Kuşnir bəzi hallarda ətrafların, xüsusən də barmaqların uyuşmasının damar fəlakətini göstərə biləcəyi barədə xəbərdarlıq edib.

“İnsult zamanı əllərin uyuşmasının baş verə biləcəyini unutmamaq lazımdır. Bir də kifayət qədər nadir bir xəstəlik də var - polineyropatiya (vücuddakı sinirlərin funksiyasının itməsinə səbəb olan xəstəlik) və xroniki iltihablı demiyelinləşdirici polineyropatiya (sinirin şişməsinə və ya iltihabına səbəb olan nevroloji xəstəlik). Bu xəstəliklə həm əllər, həm də ayaqlar uyuşur. Tədbir görülməsə, xəstəlik irəliləyəcək və simptomlara taqətsizlik əlavə oluna bilər”, - deyə nevroloq xəbərdarlıq edib.

Həkim qeyd edib ki, əgər uyuşma səhərlər daimi yol yoldaşına çevrilibsə, o zaman nevroloqun konsultasiyası lazımdır, burada özünümüalicə kömək etməyəcək.

Mənbə: Mk.ru