Şou
15 may 2019
28

"Elə yanıram, mənə ata lazımdır" – Kərim hönkür-hönkür ağladı – VİDEO

"Elə yanıram, mənə ata lazımdır" – Kərim hönkür-hönkür ağladı – VİDEO



ARB TV-nin "Səhər-Səhər" proqramında ifaçı Kərim Abbasovun atasının yas mərasimindən olan görüntüləri nümayiş olunub.

Atasını itirən müğənni hələ onun yoxluğunu anlaya bilmədiyini deyib:

"Mənim Kərim olmağıma, özümü tapmağıma səbəb olan insanı itirdim. Hələ şokdayam. Elə bilirəm haradadırsa, gələcək. 25 ildir ürək xəstəsi idi. Sadəcə son 15-20 gün yata bilmirdi. Elə bilirdik yata bilməməyi ürəyindəndir. Amma böyrəklərindənmiş. Yazıq, gün görməyən atam. Sonuncu dəfə, ötən gün yanında oldum. Soruşdum, nə edim sənin üçün? Dedi, nə edə bilərsən? Əzrayıl dayanıb burada. Həmin axşam da keçindi. Elə yanıram. Mənə də ata lazımdır".