Şou
13 iyul 2023
0

"Kasıblar nə etsin, bu şəhərdə yaşamasın?" - Nura Suri



"Dənizkənarı bulvarda rahat gəzmək mümkün deyil. Skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil artıq".

Bu sözləri müğənni Nura Suri "Facebook"da yazıb.

Müğənni bulvarda qarşılaşdığı hadisədən gileylənib:

"Bulvarda 1 stəkan çay sata bilməzsiniz, anında gəlib başınızın üstünü kəsdirərlər. Skuterlər yenə icarəyə verilir (guya qadağan olunmuşdu). Qoyulan qadağa işarələrinə baxan yoxdur. Deməli, Bakıda dənizi zəbt edib pul qazanırlar, hər yerdə pullu plyajlardı, bulvarda kafe əlindən yer yoxdur, bunlar yetməyib, skuterdən də qazanırlar. İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar. Gündə yolları bağlıyıb insanlara tıxaclarda saatlarla əziyyət verirsiniz, pulsuz avtomobili heç yerdə saxlaya bilməz heç kəs - öz həyətində də (anında “parkovşik” adıyla gəlib 2 manatınızı alırlar). İnsanlara rahat yaşamaq üçün şərait yaradın, olmaz belə".