Şou / Mədəniyyət
20 iyul 2023
0
Xuliqanlıq ittihamı ilə məhkum edilmiş aktyorla bağlı YENİ XƏBƏR
Xuliqanlıq ittihamı ilə məhkum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin kassasiya şikayəti icraata götürülüb.
Bu barədə Report-a onun vəkili Səlahəddin Cəfərov məlumat verib.
İş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
Şikayətdə R.Rzayevə qarşı irəli sürülmüş ittihamın əsassız olduğu qeyd edilərək bəraət qərarı çıxarılması istənilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.
Qeyd edək ki, Rza Rzayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub. Birinci instansiya məhkəməsi ona 3 il azadlıqdan məhrumetmə cəzası təyin etsə də, cəzanı şərti heab edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən Rza Rzayev 2 il azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs olunub.
R.Rzayev Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilib. Hadisə 2018-ci il yanvarında 220-saylı məktəb-liseydə baş verib. Təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra onun qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə daha sonra onu döyüb.
Daha çox xəbər:
Azərbaycanda vəzifəli şəxslər məhkəmə zalında həbs edildilər
Gündəm / CəmiyyətBaş Prokurorluq həbs olunan direktor müavini ilə bağlı protest verdi
Gündəm / Hadisə“Emin 444”ün qətlində ittiham olunan şəxslə bağlı qərar verildi
Gündəm / İqtisadiyyatNarkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi - FOTO
HadisəRüşvət aldığı yerdə videoları çəkilən məmurlara hökm oxundu
Gündəm / Hadisə