Şou
06 sentyabr 2023
1
Məşhur model xərçəngdən əziyyət çəkdiyini etiraf etdi
58 yaşlı italyanəsilli kanadalı supermodel Linda Yevanqelista süd vəzi xərçəngindən əziyyət çəkdiyini etiraf edib.
O bu barədə “WSJ” jurnalına müsahibəsində danışıb.
Yevanqelistada xərçəng ilk dəfə 2018-ci ilin dekabrında aşkarlanıb, ona ikiqat mastektomiya edilib: “Tərəddüd etmədən əməliyyata razılaşdım, çünki hər şeyi arxada qoymaq, yaşamağa davam etmək və xərçəngdən ölməmək istəyirdim”.
Ötən ilin iyulunda onda yenidən döş vəzi şişi aşkarlanıb: “Həkimə dedim: “Bütün şişi kəsib götürün. Mən bunun gözəl görünməsini istəmirəm. İstəyirəm ki, hamısını kəsəsiniz. Siz bitirəndə döşümdə dəliyi görmək istəyirəm. Bundan ölməyəcəm”.
Ətraflı
“Bilirəm ki, bir ayağım qəbirdədir, amma mən tamamilə həyata köklənmişəm”, - deyə Linda əlavə edib.
Supermodel deyib ki, onun ağır xəstəlikdən əziyyət çəkməsini yalnız ən yaxın adamları bilib.
O, ikiqat mastektomiya əməliyyatından sonra ona döş rekonstruksiyasının edilib-edilmədiyi haqda məlumat verməyib.
Qeyd edək ki, bu yaxınlarda Linda “Vogue”un yeni fotosessiyasında iştirak edib, lakin döşünü göstərməyib.
Daha çox xəbər:
"Allah heç bir körpəni anasız qoymasın..." - Xərçəngdən əziyyət çəkən Tünzalə
GündəmXərçəngdən ölən 27 yaşlı qızın məktubu hər kəsi göz yaşına boğdu
HadisəAzərbaycanda 25 yaşlı polis xərçəngdən ÖLDÜ
Gündəm / CəmiyyətNiyam Salami narkotik çəkdiyini etiraf etdi: "Görün, harada böyümüşəm?" - VİDEO
ŞouTanınmış şair: "Ərim məni elə gözəl döydü, dedim, əllərinə qurban olum"
Mədəniyyət