Şou
02 may 2019
62
"Haqqımda yayılan şayiələr təhqirdir"
Türk müğənnisi Hadisə haqqında dedi-qodu çıxaranlara əsəbləşib.
BEŞ.AZ istinadən bildirir ki, müğənni sosial media hesabında bununla bağlı status yazıb.
"Son iki gündür, haqqımda yayılan şayiələr mənə və ailəmə qarşı təhqirdir. Mən yaşadığım münasibətlərimin arxasında dura biləcək gücə sahibəm. Sevəcəyim insan ailəmin və sevənlərimin qarşısına qürurla çıxaracağım biri olacaq", - ifaçı paylaşımda yazıb.
Qeyd edək ki, son günlərdə Hadisənin adı iş adamı Murad Gezər və Gülben Ergənin keçmiş əri Erhan Çelik ilə hallanıb.