Video
30 sentyabr 2022
22
Bakıda hotel qiymətləri bahalaşıb? – VİDEO

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra xarici ölkələrə axın edən rusiyalılar arasında Azərbaycanı seçənlər də var.
Ölkəmizin quru sərhədləri bağlı olduğundan şimal qonşumuzdan Azərbaycana gəlmək ancaq hava yolu ilə mümkündür. Buna baxmayaraq, artıq Azərbaycanda Rusiya vətəndaşlarının artımı müşahidə olunur.Maraqlıdır, bu axın hotel qiymətlərinə necə təsir edib?
Hazırda paytaxtda olan hotellərin bir çoxu Rusiya vətəndaşları tərəfindən bron edilib. Bu faktı Hotellər və Restoranlar Assosiasiyanın rəhbəri də təsdiq edib.
Assosiasiyanın idarə heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, hotel qiymətləri mənzillərə nəzərən baha olduğu üçün rusiyalılar daha çox mənzillərə üz tuturlar:
“Axın davam edərsə, bu hal qiymətlərə təsir edə bilər”.

Daha çox xəbər:

Rusiyalılar fantastik qiymətə bilet alıb ölkədən çıxırlar
Gündəm / Cəmiyyət
Nazirlər və YAP rəhbərliyi Qarabağla bağıı "Hilton Hotel"ə toplaşır - FOTOLAR
Gündəm / Siyasət
6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu
Cəmiyyət
Rusiyadan Gürcüstana qaçanlar ölkələrini niyə tərk etmələrindən DANIŞDILAR - VİDEO
Gündəm / Dünya
Əcnəbi turistlərə “gəl-gəl” deyirik, amma: qiymətlərimiz baha, xidmətlərimiz axsaq - FAKT BUDUR!
Gündəm / Cəmiyyət