Gündəm / Dünya
16 noyabr 2024
0
COP29 baş danışıqçısının müavini: Paris Sazişinin 6-cı maddəsi üzrə bir çox razılaşmalar əldə olunub
COP29 çərçivəsində Paris Sazişinin 6-cı maddəsi üzrə bir çox razılaşmalara nail olunub.
Bunu COP29 baş danışıqçısının müavini Samir Becanov COP29 sədrliyinin mətbuat konfransında bildirib.
"Tərəflərin təqdim etdiyi vədlər və hesabatlar, xüsusilə enerjinin saxlanma həcmlərinin 6 dəfə artırılmasının zəruriliyi müsbət qiymətləndirilib", - o qeyd edib.
S.Becanov, həmçinin deyib ki, bu gün COP29 çərçivəsində tərəflərin iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə texnologiyalardan istifadə etməsinin məcburi olacağı Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub:
"Bəyannamə artıq 90-dan çox hökumət və rəqəmsal texnologiya cəmiyyətinin 1000 nümayəndəsi tərəfindən dəstəklənib".
Daha çox xəbər:
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb
Gündəm / CəmiyyətPrezidentdən “Pre-COP29”un iştirakçılarına müraciət
CəmiyyətPrezident Azərbaycanın COP29-la bağlı imzaladığı Razılaşmanı təsdiqlədi
Gündəm / SiyasətBu gün Azərbaycanda COP29-a start verilir
Gündəm / SiyasətCOP29: “Paris Sazişi”nin əsas istiqamətləri üzrə kollektiv şəkildə irəliləyişə nail olmaq vacibdir
Gündəm / Cəmiyyət