Cəmiyyət
01 dekabr 2023
0
Qəzada ölən türkiyəli boksçunun ürəyi Fəridə köçürüldü
Türkiyədə qəza keçirərək həlak olan boksçu Görkem Kaynarın ürəyi azərbaycanlı tələbəyə köçürülüb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Avtomobil qəzasında ölən 24 yaşlı idmançının orqanları ailəsi tərəfindən ehtiyacı olanlara bağışlanıb.
Boskçunun ürəyi isə Akdeniz Universitetinin Xəstəxanasında 6 ildir ki, ürək çatışmazlığına görə müalicə alan Fərid Əzimli adlı azərbaycanlı tələbəyə köçürülüb. Əməliyyat 4 saat çəkib. Tələbənin vəziyyəti hazırda yaxşıdır.
Qeyd edək ki, Görkem Kaynar noyabrın 20-si Isparta – Eğirdir yolunda qəzaya düşmüşdü. O, 4 gün sonra xəstəxanada vəfat edib.
Daha çox xəbər:
Yanlış əməliyyat səbəbindən çəkisini itirən 16 yaşlı Ümüd vəfat etdi
Gündəm / Hadisə17 yaşlı yeniyetmənin törətdiyi dəhşətli qəzada ölən var – Video
HadisəDaha 3 voleybolçu zəlzələnin qurbanı oldu
İdmanDəhşətli qəzada ölən filial müdirləri YAP-ın tədbirinə gedirmiş - Foto
Gündəm / HadisəQuba yolundakı dəhşətli qəzada ölənlərin adları - Siyahı + Yenilənib
Gündəm / Hadisə