Cəmiyyət
20 dekabr 2023
1
1991-ci ildən günümüzə: Azərbaycanda seçicilərin sayı necə dəyişib... - QRAFİK
Azərbaycan növbədənkənar prezident seçkilərinə hazırlaşır. Fevralın 7-də ölkəmizdə 9-cu dəfə prezident seçkiləri keçiriləcək.
Qanunvericiliyə görə, 18 yaşı tamam olmuş hər kəs aktiv seçki hüququna malikdir. Yəni seçki günü yaşı 18-dən yuxarı olan hər kəs səs verə bilər. Məcəllədə bildirilir ki, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər bu hüquqdan məhrumdur.
Modern.az 1991-ci ildən bu yana Azərbaycanda seçicilərin sayının necə dəyişdiyini araşdırıb.
Bu ilin aprel ayında seçicilərin dəqiqləşdirilməsindən sonra məlum olub ki, ölkədə səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var. Onların 3 milyon 005 min 121 nəfəri kişi (47,44%), 3 milyon 329 min 057 nəfəri isə qadındır (52,56%). Hazırda isə seçicilərin ümumi sayı 6 milyon 354 min 556 nəfər təşkil edir.
Ölkəmizdə ilk prezident seçkiləri 1991-ci ildə keçirilib. Həmin seçkilərdə Azərbaycanda 3.6 milyon seçici qeydiyyatda olub. Beləliklə, son 32 ildə Azərbaycanda seçicilərin sayı 1.7 dəfə artıb.
Sonuncu keçirilən prezident və parlament seçkiləri zamanı seçici siyahısında olan şəxslərin sayı 5.3 milyondan çox olub. Həmin seçkilərdən bu yana Azərbaycanda seçicilərin sayı 1 milyondan çox artıb.
1992 və 1993-cü illərdə keçirilən prezident seçkiləri zamanı seçicilərin sayı 4 milyondan bir qədər artıq olub. 2013-cü il seçkilərinə qədər seçicilərin sayı 5 milyona qədər artıb və həmin il keçirilən prezident seçkilərində 5.2 milyon nəfərə çatıb.
Modern Təhlil və Araşdırma Qrupu
Daha çox xəbər:
Artıq bir milyondan çox Türkiyə vətəndaşı xaricdə səs verib
Gündəm / DünyaOperativ Qərargahın brifinqindən sonra neçə nəfər peyvənd olunub?
Gündəm / CəmiyyətAzərbaycandan ən çox səs Ərdoğana gedib
Gündəm / DünyaXaricdə yaşayan azərbaycanlılar necə səs verəcək? - 40-dan çox ölkə...
Gündəm / CəmiyyətAzərbaycanda bu tarixdə İŞ OLMAYACAQ
Cəmiyyət