Cəmiyyət
07 may 2024
8

Erkən nikahlara yox deyək! – Quba-Xaçmaz Regional Təhsil İdarəsi

Erkən nikahlara yox deyək! – Quba-Xaçmaz Regional Təhsil İdarəsi

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri ilə erkən nikah hallarının qarşısının alınması mövzusunda müzakirələr təşkil olunub.

Görüşlər zamanı bu sahədə təhsil müəssisələrində maarifləndirmə işinin gücləndirilməsi, valideynlərlə və müvafiq dövlət orqanları ilə qarşılıqlı işin təşkili ilə bağlı tapşırıqlar verilmişdir.

Müzakirələrdə iştirak edənlər mövzu ilə bağlı fikirlərini bölüşərək təhsil işçilərinin bu istiqamətdə fəaliyyətinin əhəmiyyətini və təhsilalanların maarifləndirilməsinin vacibliyini qeyd edib.