Cəmiyyət
20 iyul 2022
16
Azərbaycanda bu məkanlara maskasız giriş QADAĞAN EDİLDİ
Bu gündən məhkəmələrə giriş zamanı tibbi maskadan istifadə tələb olunur.
Milliinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, maska tələbinə səbəb son günlər koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə etməsidir.
Belə ki, bu gündən etibarən Bakı Ağır Cinayətlər Məhkəməsinin işçilərinə, eləcə də məhkəmə binasına daxil olan şəxslərin tibbi maskadan istifadə etməsi tapşırılıb. Binaya maskasız daxil olmağa icazə verilmir.
Məsələ ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsindən bildirilib ki, Azərbaycanda son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir.
Məlumatda qeyd edilib ki, yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur:
“Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir. Bakı Ağır Cinayətlər Məhkəməsi də bu tövsiyələrə uyğun olaraq, eyni zamanda məhkəmə iclas zallarında sıxlıqla əlaqədar tibbi maskalardan istifadə etməyi məhkəmə istifadəçilərinə tövsiyə edir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyinin göstərişi ilə artıq bu gündən bütün məhkəmə istifadəçiləri üçün maskadan istifadə məcburidir”.
Daha çox xəbər:
“Qapalı məkanlarda maska taxın, təmasları azaldın” - Rəsmi
Gündəm / CəmiyyətBakıda maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
Cəmiyyət / SosialAzərbaycanda bu tarixdən maska tələbi LƏĞV EDİLİR
Gündəm / CəmiyyətBu gündən COVID pasportu olmayanlar məhkəmə binalarına buraxılmayacaq
Gündəm / CəmiyyətAzərbaycanda koronavirusa yoluxanların karantin müddəti AZALDILIR
Gündəm / Cəmiyyət