Dünya / Səhiyyə
23 aprel 2020
37
Ötən sutka ərzində dünyada 80 minədək insan koronavirusa yoluxub
Milliinfo.az
Ötən sutka ərzində dünyada 80 minədək insan koronavirusa yoluxub
Son sutka ərzində dünyada koronavirus infeksiyasına 80 minədək insan yoluxub, təxminən 6,6 min nəfər də bu virusun qurbanı olub.
APA xəbər verir ki, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.
22 aprel tarixli statistikaya görə, dünyada 2 635 716 nəfər yeni növ koronavirusa yoluxub, 184 066 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 79 956 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6607 nəfər artıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 168 284 yoluxma və 111 202 ölüm. Sutka ərzində burada yoluxanların sayı 28 233, ölənlərin sayı isə 3296 nəfər artıb.
Şimali Amerikada virusa yoluxanların ümumi sayı 912 911 nəfər təşkil edir, indiyədək 51 088 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət nisbətən ürəkaçandır – 96 661 yoluxma və 4575 ölüm faktı.
Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 422 287 yoluxma, 15 854 ölüm faktı qeydə alınıb.
İndiyədək dünyada 717 444 nəfər müalicə üsulu ilə virusdan xilas olub.
Ən çox yoluxanlar ABŞ-dadır – 848 717 nəfər. Onun ardınca İspaniya (208 389), İtaliya (187 327), Fransa (159 877), Almaniya (150 648) və Böyük Britaniya (133 495) gəlir.
Daha çox xəbər:
Ukraynada koronavirusa yoluxma halları yenə artmağa başladı
Gündəm / Dünya / SəhiyyəAzərbaycanda indiyədək 1548 nəfər koronavirusa yoluxub, onlardan 948 nəfər sağalıb, 20 nəfər vəfat edib
Cəmiyyət / Səhiyyəİspaniyada koronavirusdan ölənlərin sayı 21 mini ötdü
Dünya / SəhiyyəKoronavirusla bağlı son rəqəmlər
Dünya / SəhiyyəGürcüstanda koronavirusa yoluxanların sayı 430-u ötdü
Dünya / Səhiyyə