Dünya
26 aprel 2023
0
Senatorlardan Baydenə çağırış - Çinə sanksiya tətbiq et!
Bir qrup respublikaçı senator ABŞ prezidenti Co Bayden administrasiyasını milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək “Huawei Cloud” və digər Çin bulud xidməti şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Çinin bulud hesablama şirkətləri getdikcə daha çox xarici təşkilatlarla - bəzi hallarda sanksiyalar altında olan xarici təşkilatlarla əlaqə saxlayır. Onlar birbaşa ABŞ və müttəfiqlərinin milli təhlükəsizlik və iqtisadi təhlükəsizlik maraqlarına meydan oxuyur", - məlumatda deyilir.
Qeyd edək ki, 2019-cu ilin may ayında ABŞ Ticarət Departamenti ABŞ-ın təhlükəsizlik narahatlığına görə "Huawei" şirkətini "qara siyahı"ya salıb.
Daha çox xəbər:
ABŞ "Maqnitski aktı" üzrə Çinə qarşı sanksiya tətbiq edib
DünyaÇin ABŞ-ın "Sincan sanksiyaları" ilə əlaqədar cavab addımları atacaq
Dünyaİran Boltonun keçmiş köməkçisinə qarşı sanksiya tətbiq edib
Siyasət / DünyaÇinin ABŞ-dan necə əvəz çıxacağı MƏLUM OLDU
Siyasət / DünyaABŞ Rusiyaya XƏBƏRDARLIQ ETDİ
Gündəm / Dünya