Dünya
27 aprel 2023
0
İtaliya Prezidenti: “Ukrayna ən qısa zamanda Aİ-yə daxil olacaq”
Ukrayna Avropa İttifaqına üzvlük meyarlarına cavab vermək üçün islahatlar aparır. Ölkənin birliyə daxil olması yaxın gələcəkdə baş tuta bilər.
Bunu İtaliya prezidenti Sercio Mattarella Romada Ukraynanın baş naziri Denis Şmıqalla görüşündə deyib.
“İtaliya Ukraynanın ən qısa zamanda Avropa İttifaqına qoşulacağına qəti əminliyini ifadə edir”, - deyə o, Ukrayna hökumətinin üzvlük parametrlərinə riayət etmək üçün islahatlar yoluna sadiqliyini qeyd edib.
Mattarella həmçinin Ukraynanı “bütün sahələrdə və lazım olan müddətə” dəstəkləyəcəyinə zəmanət verib.
Görüşdə həmçinin nüvə təhlükəsizliyi, yenidənqurma və sülh danışıqları məsələləri müzakirə olunub.
Mənbə: rbc.ua
Daha çox xəbər:
İtaliya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
Gündəm / Siyasət"Ukrayna Aİ-yə üzv olmaq üçün danışıqlara başlamağa çalışır" - Zelenski
Gündəm / Dünyaİlham Əliyev İtaliya Prezidenti ilə görüşdü - FOTOLAR (YENİLƏNİB)
Gündəm / SiyasətÜç Avropa ölkəsinin prezidenti Ukraynaya getdi - YENİLƏNİB
Gündəm / Dünyaİtaliya Prezidenti parlamenti buraxdı
Gündəm / Dünya