Dünya
27 aprel 2020
21
Çində koronavirusun ikinci dalğası yayılmağa başladı
Milliinfo.az
Çinin Uhan şəhərindən sonra paytaxt Pekində koronavirusun ikinci dalğası geniş vüsət alıb.
“Report” “Ahaber”ə istinadən xəbər verir ki, Pekində bu səbəblə bir çox iş yerləri yenidən bağlanıb.
Rəsmi rəqəmlərə görə, 82 mindən çox insanın yoluxduğu, 4 633 nəfərin öldüyü birinci dalğadan sonra pandemiyanın ikinci dalğası da Rusiya sərhədləri və paytaxtda geniş yayılmağa başlayıb.
Sonuncu pasiyentlərin də evə buraxılmasından sonra karantin qaydalarının yumşaldıldığı Çində bu səbəblə yeni qadağa və məhdudiyyətlər qüvvəyə minib. 10 milyondan çox əhalisi olan Pekində xeyli iş yerləri ilə bərabər idman zalları, hovuzlar qapadılıb. Həmçinin gigiyena qaydalarına əməl etməyənlər, maskasız küçəyə çıxan xəstələr və küçədə açıq şəkildə köpək gəzdirənlər üçün böyük məbləğdə cərimələr nəzərdə tutulub.

Daha çox xəbər:

Alimlər koronavirusun ikinci dalğasının dəhşətli olacağını bildirirlər
Dünya
ÜST-dən XƏBƏRDARLIQ! - Virusun ikinci dalğası yaxınlaşır
Dünya / Səhiyyə
Koronavirusun yarandığı Çində daha bir ağlasığmaz addım: İt əti festivalı başladı
Dünya
Koronavirusun ikinci dalğasında KİMLƏR YOLUXACAQ? - Azərbaycan nümayəndəliyinin rəhbəri AÇIQLADI
Cəmiyyət
NASA Beyrutdakı partlayışın peyk görüntülərini yaydı - FOTO
Gündəm / Hadisə / Dünya