Dünya
01 may 2020
28

Alimlər koronavirusun ikinci dalğasının dəhşətli olacağını bildirirlər

Milliinfo.az

Alimlər koronavirusun ikinci dalğasının dəhşətli olacağını bildirirlər



Alimlər koronavirusun ikinci dalğasının dəhşətli olacağını bildirirlərRusiya virusoloqu, tibbi elmləri doktoru, professor Anadolu Altşteyn bildirib ki, dünyanı koronavirusun ikinci dalğası gözləyir.

Ekspertin sözlərinə görə, koronavirus elə mutasiya edir ki, bir çox ştamm yaranır.

Pandemiyanın başlanğıcından cəmi dörd ay keçməsinə baxmayaraq, COVID-19 artıq mutasiya edib, ancaq heç bir əhəmiyyətli dəyişikliyə məruz qalmayıb.

Alim özü də bildirib ki, koronavirus bütün digər viruslar mutasiya edir. Lakin ekspertin sözlərinə görə, tədqiqatçılarda bununla bağlı statistik məlumat hələ çox deyil.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin rəhbəri, ekspert Robert Redfild də bildirib ki, koronavirusun ikinci dalğası daha dəhşətli olacaq. O, qeyd edib ki, gələn il bu ildən daha pis ola bilər.

Eyni zamanda bir neçə həftə bundan əvvəl də bildirilib ki, Uhanda koronavirusun ikinci dalğası başlaya bilər.

ABŞ rəsmiləri də payızda və gələn ilin əvvəllərində Birləşmiş Ştatlarda koronavirusun ikinci dalğasını proqnozlaşdırırlar.