Cəmiyyət
01 may 2020
21

Koronavirusun ikinci dalğasında KİMLƏR YOLUXACAQ? - Azərbaycan nümayəndəliyinin rəhbəri AÇIQLADI

Milliinfo.az

Koronavirusun ikinci dalğasında KİMLƏR YOLUXACAQ? - Azərbaycan nümayəndəliyinin rəhbəri AÇIQLADI



Koronavirusun ikinci dalğasında KİMLƏR YOLUXACAQ? - Azərbaycan nümayəndəliyinin rəhbəri AÇIQLADI


İkinci dalğa dediyimiz, əslində, birinci dalğada xəstələnməyən insanların virusa yoluxmaları nəticəsində ortaya çıxan bir şeydir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı mətbuat konfransında Azərbaycanda gözlənilən koronavirusun ikinci dalğasının təhlükə dərəcəsindən danışarkən deyib.

Hande Harmancı koronavirusun növbəti dalğalarını daha böyük təhlükənin qarşısını almaq baxımından uyğun sayıb:


"İkinci dalğa dediyimiz, əslində, birinci dalğada xəstələnməyən insanların virusa yoluxmaları nəticəsində ortaya çıxan bir şeydir. Biz bu epidemiyanı ölkədə "basdırmağa" çalışdığımıza baxmayaraq bilirik ki, virusa qarşı müxtəlif tədbirlər görünsə də ikinci dalğa başlayacaq. Əgər gördüyümüz qabaqlayıcı tədbirlər uğurlu alınarsa, ikidən çox dalğa da ola bilər. Çünki bu virusu "basdırmaq" lazımdır, əlimizi çəkdiyimiz zaman bir az yenə yuxarı çıxacaq, çıxdığını görüncə yenidən basdıracayıq. O zaman əlimizi bir az çəkincə üçüncü dalğa da baş verəcək. Üçüncüyə qalib gəldikdə əlimizi çəkincə dördüncü dalğa da başlaya bilər.

İstədiyimiz şeydir bu əslində. Çünki tək dalğa olarsa, o dalğanın fəsadları çox böyük olacaq, çox insan çox sürətlə virusa yoluxacaq, onu istəmirik. Nə istəyirik, yavaş-yavaş, kiçik dalğalar yaratmaq istəyirik ki, səhiyyə sistemimiz qarşısını ala bilsin".