Dünya
14 iyul 2023
0
Paşinyan Brüsselə yollandı

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 15-də Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli formatda görüşmək üçün Brüsselə gedib.
Bu barədə cümə günü Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Bu axşam baş nazir Nikol Paşinyan Brüsselə işgüzar səfərə yola düşüb. İyulun 15-də o, Aİ Prezidenti Şarl Mişel ilə görüşəcək. Bundan sonra Ermənistanın baş naziri, Aİ prezidenti və Azərbaycan Prezidentinin iştirakı ilə üçtərəfli görüş planlaşdırılır”, - məlumatda deyilir.
Xatırladaq ki, üçtərəfli formatda əvvəlki görüş mayın 14-də Brüsseldə baş tutub.
Mənbə: TASS

Daha çox xəbər:

Gələn ay İlham Əliyev, Paşinyan və Şarl Mişel arasında görüş keçiriləcək
Gündəm / Siyasət
İlham Əliyev Brüsselə işgüzar səfərə gedib - YENİLƏNİB
Gündəm / Siyasət
Bu gün Brüsseldə Aİ Şurası, Azərbaycan və Ermənistanın liderləri görüşəcək
Gündəm / Siyasət
İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş keçirilib
Gündəm / Siyasət
İlham Əliyevlə Paşinyan Brüsseldə görüşəcək
Gündəm / Siyasət