Dünya
07 avqust 2023
0
Gürcüstanda bu gün matəm günüdür
Bu gün Gürcüstanın Şovi kurortunda baş verən faciə ilə əlaqədar ölkədə matəm günüdür.
Fəxri qarovul dəstəsi Hökumət Evinin və prezident sarayının binasındakı dövlət bayraqlarını endirib. Bütün dövlət idarələrində də bayraqlar yarıya qədər endirilir. Bu gün telekanallarda əyləncəli və musiqili verilişlərin yayımı qadağandır.
Avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. 18 nəfər həlak olub, daha 16 nəfər itkin düşüb. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” otelinə ziyan dəyib. Mütəxəssislərin ilkin məlumatlarına görə, dağlardan 5 milyon kubmetrdən çox torpaq kütləsi enib. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.
Daha çox xəbər:
Yunanıstanda matəm elan olundu
Gündəm / DünyaNepalda torpaq sürüşməsi zamanı onlarla insan itkin düşüb
Hadisə / Dünyaİlham Əliyev Qaribaşviliyə başsağlığı verdi
Gündəm / SiyasətRusiyada məktəb faciəsi ilə bağlı matəm elan olundu
Gündəm / DünyaÖtən gün 4 nəfər yol qəzalarında həlak olub
Gündəm / Cəmiyyət